Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü VİDEO

05.10.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Beyləqan rayonunun Birinci Şahsevən kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 4-də səhər saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan 22-BP-175 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil “VAZ-2107” markalı minik vasitəsi ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

bax.tvhttps://player.bax.tv/embed/227572.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью