Beyləqanda Jiquli işıq dirəyinə çırpıldı, sürücü öldü

14.12.2024

Lent az saytına istinadən Icma.az xəbər verir.

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 13-də Mil qəsəbəsi ərazisində baş verib.

Nağıyev Şamil Məhəmməd oğlu idarə etdiyi “VAZ 21099" markalı avtomobil idarəetməni itirərək yol kənarında işıq dirəyinə dəyib. Sürücü rayon  Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, yaralı dekabrın 14-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью