Beyləqanda kanalda 1 nəfər batdı

07.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb.

Axar.az xəbər verir ki, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda çimərkən suda boğularaq ölüb.

Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.

Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью