Beyləqanda maşın kəndin adı yazılan daşa çırpıldı, sürücü öldü

01.02.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə yanvarın 30-da Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Birinci Aşıqlı kəndi ərazisində keçən hissəsində baş verib.

26 yaşlı Novruzov Fuad Zaur oğlunun  "Ford Transit" markalı avtomobili idarəetmədən çıxaraq, Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə dəyib. Sürücü aldığı xəsarətlərdən yanvarın 31-də Beyləqan rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью