Beyləqanda məktəbdə şagirdlər zəhərləndi

09.10.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb".

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью