Beyləqanda minik maşını kanala düşüb, 5 nəfər xəsarət alıb

23.09.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beyləqanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Sarısu qəsəbəsində qeydə alınıb. “Niva” markalı avtomobilin kanala düşməsi nəticəsində İran vətəndaşları – 1968-ci il təvəllüdlü Gholamhossein Sareban, 1959-cu il təvəllüdlü Alireza Mohajer, 1977-ci il təvəllüdlü Ali Kekani və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh, həmçinin Saatlı sakini, 1970-ci il təvəllüdlü Mirnamiq Ağayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb və ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью