Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Beyləqan rayonu, Daşburun yolunda ağır yol‑nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 20-də günorta saatlarında qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” markalı maşın, “Toyota Prado” markalı avtomobil ilə toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib, xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub 12