Apa.az saytına istinadən Icma.az xəbər verir.
Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota" və "Renault" markalı minik avtomobilləri toqquşub.
Nəticədə 3 nəfər xəsarət alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.