Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Beyləqan rayonunda narkotik vasitəsinin təsiri altında qayda pozan sürücü müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Toyota" markalı maşınla yol hərəkəti qaydasını pozan sürücü - Hikmət Salehliyə “saxla” işarəsi verilib. Aparılan araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.
H.Salehli barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü 8 gün müddətində inzibati qaydada həbs olunub.
Nərmin