Beyləqanda yeni doğulan körpə öldü Yenilənib

10.05.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana -  yaşadıqları G.Əsədov küçəsinə gətirilib.

4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, mayın 9-u saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью