Beyləqanda yol qəzasında iki nəfər ölüb

06.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

APA xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Aşqallar kəndində baş verib.

Belə ki, Emin Həziyevin idarə etdiyi “VAZ 21214 Urban” markalı avtomobillə Elmidar Qafarovun idarə etdiyi “QAZ 330210” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində Elmidar Qafarov xəsarət alıb.
Digər sürücü Emin Həziyev və sərnişin Rəvan Həziyev aldığı xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onları xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью