Beyləqanda yol qəzasında iki nəfər ölüb

28.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb.

APA xəbər verir ki, hadisə Birinci Aşıqlı kəndində baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Elşən Səfərovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə “VAZ 21011” markalı avtomobil toqquşub.

Hadisə nəticəsinsə 1980-ci il təvəllüdlü Elşən Qarayev və 1995-ci il tövəllüdlü Elqayım Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb, Sənan Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью