Beyləqanda yollara yeni asfalt örtüyü çəkildi FOTO

03.04.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Yol infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində Beyləqan Rayon İcra Hakimiyyəti davamlı olaraq fəaliyyət göstərir, şəhərdaxili yollar yenidən qurulur, əsaslı təmirə ehtiyacı olan küçələrin asfaltlanması həyata keçirilir.

Avtosfer.az xəbər verir ki, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən vətən övladlarının xatirəsinə inşa olunan abidənin ətrafında yenidənqurma və bərpa işləri görülür, yollara asfalt örtüyü çəkilib.

Görülən işlər abidənin estetik görünüşünə təsir etməklə yanaşı sakinlərin asan gediş-gəlişini təmin edəcəkdir.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью