Beyləqanda yük və minik avtomobilləri toqquşub

28.12.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub. SİA-nın xəbərinə görə, Elşən Səfərovun idarə etdiyi "KamAZ" markalı avtomobillə qarşıdan gələn "VAZ" markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilində olan Elşən Qarayev və Elqayım Məhərrəmov hadisə yerində ölüb, Sənan Məmmədov isə ağır xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью