Bəylər Əyyubova müavin təyin edilən Fərid Əsgərov kimdir? DOSYE

26.02.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı yeni məlumatlar ortaya çıxıb.

Bakupost.az -ın Demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olmuş Fərid Əsgərov həm də peşəkar karate mütəxəssidir.

O, 2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib.

Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının və idman növünün ölkəmizdə inkişafına öz töhfəsini verib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью