Bəylər Əyyubovun general olan qardaşı oğlu işdən çıxarıldı FOTO

15.12.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью