Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Aston Villa”nın futbolçusu Leon Beyli karyerasını Yunanıstanda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yamaykalı vinger “Olimpiakos”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Beyli ötən mövsüm “Roma”da icarədə olub. O, paytaxt təmsilçisində 7 oyuna çıxıb.
Yamayka millisinin də üzvü olan Leon yığmada 41 matçda 7 qol vurub.