Beynəlxalq Ana Dili Günü: Dilimizin gələcəyi üçün atılmalı addımlar | Icma.az
Bakivaxti saytına istinadən Icma.az xəbər verir. Ana dili günü hər bir xalqın öz mədəniyyətini, tarixini və kimliyini qorumaq, inkişaf etdir
Bu gün dilin sadəcə bir ünsiyyət vasitəsi olmaqdan daha çox, bir millətin ruhunu və kimliyini əks etdirdiyini vurğulayan bir gündür.
Dünyanın müxtəlif guşələrində müxtəlif dillərin və mədəniyyətlərin varlığını qorumaq üçün keçən əsrlərdə müxtəlif hərəkatlar başlamış və bu günə qədər çoxsaylı tədbirlər keçirilmişdir.
Ana dili yalnız bir xalqın keçmişini deyil, onun gələcəyini də formalaşdıran vacib bir elementdir.Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Vüqar Rəhimzadə bildirib ki, 21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Hər bir xalqın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən onun dilidir.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsünü irəli sürdü.
Ümummilli Liderin bu təşəbbüsü 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı.
Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir.
Tam oxu
Xəbəri oxu