Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Atletika Federasiyasında (AAF) avqust–oktyabr aylarında məşqçilik kursları keçiriləcək. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 19-dan sentyabrın 1-dək xarici mütəxəssis tərəfindən sprint və sədlərlə qaçış üzrə təlim təşkil olunacaq.
Sentyabrın 21–24-də milli komandanın məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək. Oktyabrın 27–31-də isə Uşaq-Gənclər İdman Məktəblərinin atletika bölmələrində çalışan məşqçilər üçün yerli seminar təşkil ediləcək.
Qeyd edək ki, xarici mütəxəssislərin də cəlb olunacağı təlimlərin əsas məqsədi məşqçilərin bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir.
Qabil YUSİFOĞLU
XQ