Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İran nüvə silahına sahib olmağa artıq yaxındır".
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Fransanın "Le Monde" nəşrinə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, İranın bir deyil, bir neçə nüvə bombası istehsal etmək üçün kifayət qədər materialı mövcuddur:
"Amma bu məqsədə çatmaq üçün hələ uzun yol var. İran son dörd ildə bu sahədə fəaliyyətini əhəmiyyətli dərəcədə sürətləndirib və nüvə silahı əldə etməyə çox yaxınlaşıb", - deyə Qrossi bildirib.