Beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb

06.11.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada tutularaq ölkəyə gətirilib.

Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dələduzluqda ittiham olunan Elmir Elxan oğlu Nuriyev İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilib. Onun yeri Almaniyada müəyyən edilib və həbs olunub.

İstintaq məlumatlarına əsasən, E.Nuriyev 2021-ci ildə müxtəlif şəxsləri mənzillərini təmir etdirəcəyi vədi ilə aldadaraq onlara xeyli miqdarda maddi ziyan vurmaqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun sorğusu və Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında Almaniya tərəfi Nuriyevin Azərbaycana ekstradisiyasına razılıq verib.

O, noyabrın 6-da Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə Azərbaycana gətirilərək məhkəmənin həbs qərarına əsasən istintaq təcridxanasına yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью