Beynəlxalq Bank beş avtomobili hərraca çıxarır

18.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC balansında olan beş nəqliyyat vasitəsini hərrac yolu ilə satışa çıxarır.

Oxu.Az xəbər verir ki, hərrac 19 noyabr 2025-ci il tarixində saat 10:00-da keçiriləcək.

Satışa çıxarılan nəqliyyat vasitələri əsasən dörd ədəd "Volkswagen Transporter" və bir ədəd "Fiat Doblo" avtomobilindən ibarətdir.

ABB-nin hərraca çıxardığı nəqliyyat vasitələri və onların start qiymətləri:

1. "Volkswagen Transporter" (buraxılış ili: 2014) - start qiyməti 9 750 manat;

2. "Volkswagen Transporter" (buraxılış ili: 2014) - start qiyməti 9 050 manat;

3. "Volkswagen Transporter" (buraxılış ili: 2014) - start qiyməti 9 050 manat;

4. "Volkswagen Transporter" (buraxılış ili: 2015) - start qiyməti 9 600 manat;

5. "Fiat Doblo" (buraxılış ili: 2018) - start qiyməti 9 800 manat.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью