“Beynəlxalq Bank ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib

14.05.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ötən il "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) əsas rəhbərliyinə ödəniş 27 milyon 195 min manat təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat bankın illik hesabatında yer alıb.
Qeyd edək ki, bu məbləğ əvvəlki illə müqayisədə 8 milyon 759 min manat və ya 47,5 % çoxdur.
Onu da bildirək ki, hazırda bankın əsas rəhbərliyinə İdarə Heyətinin üzvləri (7 nəfər), icraçı direktorlar və departament direktorları (4 nəfər) daxildir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью