Beynəlxalq bazarda əlavə gəlirli sahələr ön plana çıxır Mütəxəssis rəyi

20.08.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yüksək gəlir təkcə seçilən ixtisasdan deyil, şəxsi bacarıqlardan, xarici dil biliyindən, praktiki təcrübədən və peşəkar sertifikatlardan da asılıdır. Azərbaycan əmək bazarında abituriyentlərin bakalavr səviyyəsində seçə biləcəyi bəzi ixtisaslar yüksək gəlir vəd edir. İT və proqramlaşdırma sahələrində maaş aralığı ölkəmizdə 1000-1500 AZN civarında dəyişir. Xarici şirkətlərdə isə bu sahədə gəlir 2000-10.000 AZN və daha çox ola bilər".

Bunu təhsil eksperti Rizvan Fikrətoğlu 525.az-a bildirilib. Ekspert vurğulayıb ki, beynəlxalq bazarda əlavə gəlirli sahələr kimi süni intellekt, biotexnologiya və kibertəhlükəsizlik ön plana çıxır və bu sahələrdə gəlir səviyyəsi olduqca yüksəkdir:

"Ümumiyyətlə, yüksək gəlir təkcə seçilən ixtisasdan deyil, şəxsi bacarıqlardan, xarici dil biliyindən, praktiki təcrübədən və peşəkar sertifikatlardan da asılıdır. Bəzi ixtisaslar üzrə magistratura təhsili və ya xarici təcrübə gəlirin daha da artmasına səbəb ola bilər".

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью