Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib AZƏRTAC | Icma.az
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı,12 dekabr, AZƏRTAC Beynəlxalq Boks Assosiasiyasının (İBA) Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib.
Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, amerikalı mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımı təlimatlar verilib.Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-də kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu