Beynəlxalq Cinayət Məhkəməsi 125 ölkəni Trampa qarşı “vahid cəbhə“ yaratmağa çağırdı | Icm…
Icma.az, Moderator.az saytına istinadən bildirir. "Trampın sərəncamı ədalətin müstəqil və qərəzsiz fəaliyyətinə zərbə vurmaq cəhdidir..." Be
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
"Məhkəmə öz əməkdaşlarının yanında möhkəm dayanır və dünyada milyonlarla günahsız qurban üçün ədalət və ümid gətirmək missiyasını davam etdirmək niyyətindədir", - BCM-in cavab bəyanatında deyilir.
BCM Trampın sərəncamını "ədalətin müstəqil və qərəzsiz fəaliyyətinə zərər vurmaq cəhdi" kimi pisləyib.
"Roma Statutunun 125 üzv dövlətini, vətəndaş cəmiyyətini və bütün dünyadakı xalqları ədalət və fundamental insan haqları naminə vahid cəbhə yaratmağa çağırırıq", - BCM bəyan edib.
Tramp öz sərəncamında ABŞ-ın bütün müttəfiqlərini onu dəstəkləməyə və BCM ilə, xüsusilə istintaqlar ABŞ və İsrailə toxunduqda, əməkdaşlıq etməməyə çağırıb.
Lakin Avropadan gələn ilk reaksiyalar ABŞ prezidentinin əleyhinə olub.
Almaniya kansleri Olaf Şolts Trampın sərəncamını pisləyərək bildirib ki, BCM-ə qarşı sanksiyalar "bu institutun nüfuzuna zərbə vurur və diktatorların insanları təqib etməsinin və müharibələr başlatmasının qarşısını almaq üçün yaradılmış bir quruma mane olur".
Tam oxu
Xəbəri oxu