Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının məşqçilik üzrə sertifikat proqramına start verilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsinin ortaq təşkilatçılığı ilə keçirilən layihəyə 62 mütəxəssis qatılıb.
Təlimlərdə yerli 39 məşqçi ilə yanaşı Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyadan olan nümayəndələr də gücünü sınayır.
IJF Akademiyasının ekspertləri tərəfindən aparılan seminarlarda iştirakçılara müasir cüdo məşqçiliyinin nəzəri və praktiki incəlikləri mənimsədilir. Kursu uğurla yekunlaşdıran mütəxəssislər beynəlxalq sertifikat əldə edəcəklər.
Bu tədbir IJF Akademiyasının 10 illik fəaliyyəti dövründə təşkil etdiyi 150-ci yubiley proqramıdır. Ölkəmiz indiyədək bu qurumun 6 oxşar sertifikat kursuna ev sahibliyi edib.