Beynəlxalq dərəcəli hakimimiz Avropa Liqası matçlarını idarə edəcək

18.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb.

AZƏRTAC xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, o, iyunun 19-21-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.

Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milli komandaları mübarizə aparacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью