Beynəlxalq dərəcəli hakimlərimiz Serbiya Litva oyununu idarə edəcək

15.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıblar.

İdman.biz AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya - Litva qarşılaşmasını idarə edəcəklər.

Oyun oktyabrın 16-da Belqradın "Voydovaç" İdman Mərkəzində keçiriləcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью