Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.
APA xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" hesabında paylaşım edib.