Beynəlxalq ekspertlər Xankəndidə

08.04.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ADA Universitetinin 7-ci Siyasi Forumunun iştirakçıları Xankəndi şəhərindədirlər.

Modern.az xəbər verir ki, beynəlxalq ekspertlərdən və analitik mərkəzlərin əməkdaşlarından ibarət nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə Qarabağ universitetinə gəlib.

Qeyd edək ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilir.

Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью