Beynəlxalq Elektrik Rabitəsi İttifaqı: COP29dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəms…
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 noyabr, AZƏRTAC Dünyanın hər yerindən hökumətlər, şirkətlər və rəqəmsal təşkilatlar qlobal texnologiya sənayesində iqlim tədbirlərini gücləndirmək üçün vahid öhdəlik götürüblər.
Texnologiya və ətraf mühit məsələləri getdikcə bir-birinə qarışdıqca, COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi texnologiya sektorunun qlobal enerji istehlakı və istixana qazı emissiyalarında artan payını tanıyır.
Bununla belə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) geniş dəstək alan bu sənəd davamlı inkişaf üçün mühüm alət kimi rəqəmsal texnologiyaların əhəmiyyətini də etiraf edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (BERİ) rəsmi saytında dərc olunmuş məqalədə deyilir.Məqalədə qeyd olunur: “Ümumilikdə, Bəyannamə 75 ölkə və 1170-dən çox qeyri-hökumət təşkilatı, o cümlədən şirkətlər, vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq və regional təşkilatlar, digər maraqlı tərəflər tərəfindən COP29-un noyabrın 24-də başa çatması vaxtına qədər dəstək alıb.
Qlobal temperaturun yüksəlməsi və hava şəraiti ilə bağlı fəlakətlərin artması fonunda Bəyannamə iqlimə müsbət təsir göstərən rəqəmsal inkişafa keçidi sürətləndirməyi hədəfləyir.
Sənaye miqyasında iqlim məsuliyyətinə çağırış bir il əvvəl BERİ-nin dünya üzrə tərəfdaşları ilə başlatdığı ictimai-özəl təşəbbüs olan Yaşıl Rəqəmsal Kampaniyaya əsaslanır.
Azərbaycanın bu il COP29-da Sədrliyi texnologiyanın bu ikili rolunu iqlim danışıqlarında ön plana çıxarıb.
Tam oxu
Xəbəri oxu