Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Xəbərin mətni
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bakıda “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları dekabrın 10-da Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları - Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupunun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.