Icma.az bildirir, Apa.az portalına istinadən. Beynəlxalq fəaliyyətlə bağlı büdcədən ayrılan vəsaitin 9,6%-nə qənaət edilib.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Hesabatda qeyd edilib ki, ötən il beynəlxalq münasibətlər, xarici yardımlar və beynəlxalq fəaliyyətlə bağlı digər xərclərin 90,4 faizi istifadə olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.