Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. Bu ilin 24-28 may tarixlərində Bakı dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan
İdman.Biz xəbər verir ki, qlobal idman ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyan tədbir Azərbaycan paytaxtını beynəlxalq idman dialoqunun mə
Hazırda Konvensiya üçün “Early Bird” (erkən qeydiyyat) mərhələsi davam edir.
31 yanvar tarixinədək qeydiyyatdan keçən iştirakçılara xüsusi və endirimli şərtlər təklif olunur.
Qeyd edək ki, SportAccord Olimpiya və qeyri-Olimpiya beynəlxalq idman federasiyalarını birləşdirən yeganə qlobal çətir təşkilatıdır.
Hər il keçirilən SportAccord Konvensiyası beynəlxalq federasiyaların rəhbərlərini, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini, aparıcı yayımçıları, texnologiya və idman sənayesi şirkətlərini bir araya gətirən əsas beynəlxalq platforma kimi tanınır.
Bakıda keçiriləcək Konvensiyanın əsas tədbirləri Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Qafqazın ən böyük konqres mərkəzi olan Bakı Konqres Mərkəzi iştirakçılara yüksək səviyyəli peşəkar mühit, beynəlxalq şəbəkələşmə (networking) və sərgi imkanları təqdim edəcək.