Beynəlxalq İQ Reyestrinin aparatı xarab olub: Heç bir icadı olmayan Ermənistan 9cu, Azərbaycan 51ci yerdə?

06.01.2025

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya ölkələrinin İQ səviyyəsi ənənəvi olaraq növbəti dəfə müəyyənləşib.

Adalet.az  xəbər verir ki, bu barədə məlumat Beynəlxalq İQ Reyestrinin hesabatında yer alıb.

Məlum olub ki, intellektual səviyyəsi ən yüksək olan ölkə Çindir. İkinci yeri İran, üçüncü yeri isə Cənubi Koreya tutub.

Azərbaycan 51-ci sırada yer alıb.

Azərbaycanın qonşuları arasında Rusiya 6-cı, Gürcüstan 21-ci, Türkiyə 46-cı, Ermənistan 9-cu seçilib.

Tədqiqat 2024-cü ildə həmin saytda eyni testi keçən 1 393 066 nəfərin məlumatlarına əsaslanır.

 Qeyd edək ki, ötən il - 2023-cü ildə ən yüksək İQ (intellekt) səviyyəsinə malik ölkələrin adları açıqlanmışdı. Birinci onluqda Yaponiya (106.48 İQ), Tayvan (106.47 İQ), Sinqapur (105.89 İQ), Honkonq (105.37 İQ), Çin (104.1 İQ), Cənubi Koreya (102.35 İQ), Belarus (101.6 İQ), Finlandiya (101.2 İQ), Lixtenşteyn (101.07 İQ)və Almaniya (100.74) yer almışdı
Siyahıda Azərbaycan orta 84.81 İQ-lə 83-cü yerdə, Türkiyə 86.8 İQ-lı 76-cı yerdə, Rusiya 96.29 İQ-lə 34-cü, İran 80.01 İQ-lə 114-cü yerdə idi. Son pillədə 42.99 İQ-lə Nepal qərarlaşmışdı.

P.S. Maraqlıdır , görəsən Ermənistan  hansı elmi- texniki inqilabla Beynəlxalq İQ Reyestrinin hesabatında 9-cu yerə çıxıb? Yoxsa, bu da xristian  təəssübkeşliyindən doğan bir nəticədir? Yaxud da, erməni lobbisinin uzun əllərinin yapışdığı növbəti  üstünlükdür?

 Əntiqə Rəşid 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью