Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Təsəvvür edin, bir kitab oxuyursunuz.
Səhifələri çevirdikcə yeni dünyalar kəşf edir, fərqli insanlarla tanış olur, zaman və məkan anlayışını unudursunuz.
Sonuncu səhifəni bağlayanda isə artıq özünüzü daha yaxşı hiss edirsiniz – sanki bu kitab sizə dost olub, sizə nəsə öyrədib və bir parça da olsa, sizi dəyişib.
İndi isə onu başqasına bağışlayır və ona da bu hissləri yaşamaq fürsəti verirsiniz. Əslində, bunu hər zaman edə bilərik.
Oxuduğumuz və bizə dəyər qatan kitabları başqaları ilə paylaşmaq, onları yeni oxucularla tanış etmək mümkündür.
Lakin bu gözəl ənənəni xüsusi edən bir tarix var – Beynəlxalq Kitab Bağışlama Günü.
Kulis.az xəbər verir ki, 14 fevral tarixi kitab oxumağın və paylaşmağın insanları birləşdirən gücünü vurğulayır, bilik və mütaliəyə olan sevgini təşviq edir.
Beynəlxalq Kitab Bağışlama Günü (“International Book Giving Day”) ilk dəfə 2012-ci ildə ABŞ-da kitabsevərlər tərəfindən qeyd edilib.