Beynəlxalq Konkisürmə Birliyinin nümayəndələri Azərbaycana gələcək İdman və Biz | Icma.az
Icma.az bildirir, Idman.biz portalına istinadən. Beynəlxalq Konkisürmə Birliyinin (ISU) nümayəndələri 2025-ci ildə Bakıda yeniyetmələr arası
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.
Qurum rəsmisi Qran-pri ilə bağlı hazırlıqların davam etdiyini söyləyib: “2025-ci ildə Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək.
Bununla bağlı mövcud infrastruktur araşdırılıb. Çatışmayan və təkmilləşdirilməsi tələb olunan məsələləri həll etməliyik.
Qran-pridən öncə Beynəlxalq Konkisürmə Birliyinin (ISU) nümayəndələri gəlib baxış keçirməlidirlər.
Apreldə isə daxili yarış keçirməyi planlaşdırırıq. Hazırda hər iki turnirlə bağlı işlər aparılır”.
Qeyd edək ki, gələn il sentyabrın 24-dən 27-nə qədər baş tutacaq Qran-pri Azərbaycanın fiqurlu konkisürmə tarixində ilk olacaq.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu