Beynəlxalq konqresdə Azərbaycanda böyrək transplantasiyasına dair məruzə dinlənilib

27.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Tanınmış cərrah-uroloq, transplantoloq, Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan Şimali Kipr Türk Respublikasında Türk Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən 34-cü Milli Uroloji Konqresdə iştirak edib.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, R.Şolan konqresdə “Azərbaycanda böyrək transplantasiyasının dünəni, bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edib. Məruzə dünyanın müxtəlif ölkələrindən tədbirə qatılan urologiya və transplantologiya sahəsinin aparıcı mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. Mövzunun aktual məsələləri üzrə elmi fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Tədbirdə, həmçinin tibb elmləri doktoru R.Şolanın rəhbərliyi ilə icra olunan 4 tədqiqat işinə dair tezislər təqdim olunub.

Toplantıda BTMA ilə müvafiq istiqamətdə fəaliyyət göstərən xarici assosiasiyalar arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində də geniş müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью