Beynəlxalq Kosmik Stansiya modulu sirli qoxuya görə bağlanıb | Icma.az
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu həftə sonu Beynəlxalq Kosmik Stansiyada (BKS) baş verən maraqlı hadisə astronavtları təşvişə salıb.
Stansiyaya yenicə yanaşan Rusiyaya məxsus pilotsuz yük maşını "Proqres" gözlənilməz qoxu və havada üzən kiçik damcılarla gəlib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, yük modulundan gələn bu qoxuya görə astronavtlar keçid qapısını sürətlə bağlayıb və hava təmizləyiciləri işə salıblar.
Ertəsi gün aparılan yoxlamalarda havanın keyfiyyətinin normallaşdığı bildirilib.
Məsələ ilə bağlı BKS-nin rəsmi hesabında edilən açıqlamada: "Ekipajın təhlükəsizliyi üçün heç bir narahatlıq yoxdur və qapını yenidən açmaq üçün səylər davam edir", - deyə qeyd edilib.
Bildirilib ki, rus kosmonavtları havanın təmizlənməsi prosesində qoruyucu vasitələrdən istifadə ediblər.
“Russia Space” internet xəbər saytının məlumatına görə, qoxunun mənbəyi “Proqres” yük maşınının birləşmə mexanizmi ilə bağlı ola bilər.
Tam oxu
Xəbəri oxu