Beynəlxalq Məhkəmə Ermənistan və Azərbaycana bir il vaxt verdi

18.11.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Ədalət Məhkəməsi Bakı və İrəvana irqi ayrı-seçkiliklə bağlı sənədlər hazırlamaq üçün bir il vaxt verib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun press-relizlərində deyilir.

Qeyd edildiyi kimi, söhbət əks memorandumlardan – tərəflərin işin mahiyyəti üzrə qarşı tərəfin arqumentlərini təkzib etdiyi sənədlərdən gedir.

Sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.

Xatırladaq ki, Ermənistan 2021-ci il sentyabrın 16-da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla məhkəmə prosesi başladıb.

Bakı isə həmin il sentyabrın 23-də əks iddia qaldıraraq, İrəvanın regionda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini və bunu törətməyə davam etdiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью