Beynəlxalq Miqrant Günüdür | Icma.az
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır. 18 dekabr Beynəlxalq Miqrant Günüdür.
Sfera.az xəbər verir ki, 1990-cı ilin həmin günündə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib.
2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul edildiyi günü Beynəlxalq Miqrant Günü elan edib.
Həmin vaxtdan etibarən dekabrın 18-i dünyanın hər yerində Beynəlxalq Miqrant Günü kimi qeyd edilir.
Azərbaycan bu Konvensiyaya 1998-ci ildən qoşulub. Bu gün dünyada 1 milyarddan çox miqrant vardır.
Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni başqa ölkələrə üz tutanlar, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir.
Müasir dövrdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması ən aktual və vacib məsələlərdən biridir.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Ölkəmizə 2023-cü ildə daimi yaşamaq üçün 3700 miqrant gəlib.
Tam oxu
Xəbəri oxu