Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 sentyabr, AZƏRTAC Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş geniş konsert proqramı ilə açacaq.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.Bildirilib ki, sentyabrın 18-də keçiriləcək konsert proqramında mərkəzin iki kollektivi - Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri ( bədii rəhbər və baş dirijor Prezident təqaüdçüsü Mustafa Aşurov) və Cahangir Cahangirov adına Xor ( bədii rəhbər Əməkdar müəllim, Prezident təqaüdçüsü Təranə Yusifova) çıxış edəcək .
Proqrama dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri daxildir.Konsertdə görkəmli bəstəkarın ölməz əsərləri ifa olunacaq, operaları və operettaları əsasında maraqlı kompozisiyalar təqdim ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.