Beynəlxalq Muğam Mərkəzində bayram sədaları

21.03.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 mart, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçib.

Proqram Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlayıb.

Musiqi gecəsi “Bahar olsun”, “Bayram süitası”, “İlk bahar”, “Çıx yaşıl düzə”, “Bayram axşamlarında”, "Töhvə", "Uzundərə" kimi Azərbaycan bəstəkarlarının bahar təravətli, vətənpərvərlik və sevgi ruhlu əsərləri ilə davam edib.

Konsertdə ifaçılar Zümrüd Məmmədova, Bəxtiyar Quliyev, Mədinə Səlimova və Riyad Eyvazov çıxış ediblər. Eyni zamanda, tarzən Kamal Nuriyev, kamança ifaçısı Anar Yusub və balaban ustası Şaiq Əsədov da səhnə alıblar.

Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.

Müxbir - Gülay Nəzərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью