Beynəlxalq Muğam Mərkəzində xalq çalğı alətləri ifaçılarının konserti olub

30.01.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan muğamı” layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertin əsas məqsədi klassik ifa ənənələrini müasir yanaşmalarla təqdim etməkdir.

Konsert proqramında tar, kamança, saz və qanun alətlərində ifa edən sənətkarların çıxışları yer alıb. İfaçılıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə yönələn, eyni zamanda alət ifaçılığının inkişafına töhfə verən layihə ayda bir dəfə sənətsevərlərin görüşünə gəlir.

Tədbirdə Əməkdar artistləri Fəridə Məlikova, İlham Nəcəfov və tələbələri, eləcə də ifaçılar Ramin Rzayev, Rüfət Həsənov, Natəvan Həsənova, Mirhüseyn Əsədullayev, Məhta Məhəmmədəlizadə, Aygül Qədirova, Qəlbinur İbarhimli, Vaqif Təhməzov və Mirnofəl Həsənov çıxış ediblər.

İfaçıları Svetlana Əhmədova, Rəna Zəkiyeva, Lalə Əhmədova, Orxan Sultanov, Eldar Zərbəliyev, Ruhulla Dadaşov və Vəfadar Ramizzadə müşayiət edib.

Layihənin növbəti konserti fevralın 23-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью