Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası

02.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 noyabr, AZƏRTAC

Vətən sevgisini, xalqımızın qəhrəmanlıq salnaməsini və milli qürur hissini özündə ehtiva edən musiqi əsərləri Zəfər tariximizin yaşadılmasında mühüm rol oynayır. Bu əsərlər tarixi Qələbəmizin sevincini, Vətənə bağlılığı və azadlıq ruhunu musiqinin dili ilə ifadə edərək gələcək nəsillərə çatdırır.

Noyabrın 6-da Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, orkestrə dirijor, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək.

Konsert proqramında vətənpərvərlik ruhunu tərənnüm edən musiqi əsərləri təqdim olunacaq. İfa ediləcək nümunələrdə Vətənə məhəbbət, xalqımızın qəhrəmanlığı, milli qürur və tarixi Zəfərimizin sevinci öz əksini tapacaq.

Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində kollektivin yubileyinə həsr olunmuş silsilə tədbirlər və konsert proqramlarının təşkili nəzərdə tutulub.

Konsertə biletləri şəhərin kassalarından əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью