Beynəlxalq Olimpiya Komitəsinə ilk dəfə qadın RƏHBƏRLİK EDƏCƏK

21.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu gün Yunanıstanda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 144-cü sesiyasında keçirilən prezident seçkilərinin sesverməsinin nəticələri bəlli olub. 
Bizim.Media xəbər verir ki, Kirsti Koventri ilk mərhələdə qələbəni özü ümün təmin edib. O, 97 səsdən 49-nu toplayıb. Bununla da zimbabveli keçmiş üzgüçü quruma rəhbərlik edəcək ilk qadın prezident olub.
Səsvermənin nəticələrinə görə, oğul Xuan Antonio Samaranç (İspaniya) 28, Sebastyan Koe (Böyük Britaniya) isə 8 nəfərin etimadını qazanıb.
Qeyd edək ki, Kirsti Koventri iyunun 24-də öz vəsifəsinin icra etməyə başlayacaq.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью