Beynəlxalq parlament konfransı keçiriləcək

27.10.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisdə oktyabrın 29-da Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək.


Missiya.Az
 xəbər verir ki, konfrans "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.


Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.


Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı gözlənilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью