Beynəlxalq Parlament Konfransının iştirakçıları Füzuliyə, Şuşaya, Xankəndiyə və Xocalıya s…
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 8-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər.Newscenter.az xəbər verir ki, nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Polad Bülbüloğlu, Əhliman Əmiraslanov, Səməd Seyidov, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.Qonaqları qarşılayan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara hava limanı barədə məlumat veriblər.
Sonra Füzuli şəhərinə gələn Beynəlxalq Parlament Konfransının iştirakçıları burada erməni barbarlığının izləri ilə tanış olublar.
Qonaqlara Füzulidə görülən və görüləcək işlər, Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi barədə də məlumat verilib.Bildirilib ki, artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb.
Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşırlar.Şuşaya gələn qonaqları burada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb.
Xüsusi nümayəndə qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.Qonaqların Şuşa ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanından başlayıb.
Nümayəndə heyəti sonra Bülbülün ev-muzeyi, qala divarları ilə tanış olublar.Parlamentarilər “İsa Bulağı”na və “Xan qızı” bulağına da baş çəkiblər.Sonra qonaqlar Xankəndi şəhərinə gəliblər.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.
Tam oxu
Xəbəri oxu