Beynəlxalq Parlament Konfrasının iştirakçıları Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər FOTO

07.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Parlamentarizm: Ənənələr və Perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfrasının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

APA xəbər verir ki, əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarına əklil qoyulub, onun xatirəsi anılıb.

Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının məzarları ziyarət olunub.

Konfrans iştirakçıları adından "Əbədi məşəl" kompleksinə əklil qoyulub.

Bunun ardınca ziyarətçilət Türk Şəhidliyinə də gedərək, onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью